Əhməd Əhmədzadənin sevimlisi olmuş "Şamxal -86" BAŞ İDARƏNİ MƏHKƏMƏYƏ VERDİ - 207 min AZN-ə görə

Əhməd Əhmədzadənin sevimlisi olmuş

"ŞAMXAL-86" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsini məhkəməyə verib.
MMC Şəki İnzibati Məhkəməsinə baş idarə ilə bağlı müraciət edib.
Hakim Vüqar Musayevin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
"Şamxal-86" MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Hazırda şirkətin vergi borcu 207698.99 AZN təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 11385.40 AZN olan MMC-nin qanuni təmsilçi Nahid Əliyev Zahid oğludur. 
Xatırladaq ki, mediada gedən məlumatlara görə, "Şamxal-86" MMC  Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin dəfələrlə milyonluq tenderlərin qalibi olub.
 
Əhməd Əhmədzadənin sevimlisi olmuş "Şamxal -86"BAŞ İDARƏNİ MƏHKƏMƏYƏ VERDİ - 207 min AZN-ə görə
//32gun.az
Tarix: 21-07-2024, 11:33
Xəbəri paylaş





Xəbər lenti