"İyunun 14-də evə yoxlanış gəldi, bu günə qədər də cavab verilmir"- BƏRDƏ SAKİNİ NAZİRLİKDƏN ŞİKAYƏTÇİDİR

Bərdə rayon sakini İsmayılova Gülnar Mətləb qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, cavab verilmir:
“Mən, İsmayılova Gülnar Mətləb qızı, yazaraq bildirirəm ki, məcburi köçkünük, hazırda Bərdə rayonu, Heydər Əliyev prospektində yerləşən "Su bir" deyilən idarə binasında 2 azyaşlı uşağımla yaşayıram. Yoldaşımdan ayrılmışam.
28 mart 2024-cu ildə ünvanlı sosial yardım üçün müraciət etmişəm. İyunun 14-də evə yoxlanış gəldi. Amma bu günə qədər bir cavab verilmir.
Nazirliyin 142 "qaynar xətt"inə zəng vururam, "gözləyin" deyirlər. 2 ay keçib, amma cavab yoxdur”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə məlumat verilib. 
Tarix: 23-07-2024, 18:54
Xəbəri paylaş





Xəbər lenti