"Maaşın tam yarısı yoxdu, nə edək?" - ETİRAZ VAR...
"Keçən au ay duz 5 gün itirdik, niyə? Gəmi verəcəkdilər, nə oldu bəs? Bu qədər xərc çəkib hər özülə gəminin yanaşması üçün dəmir konstruksiya düzəltdilər. Nə mənası oldu?" dia-az.İnfo bildirir ki, bu barədə Neft Daşlarında çalışan narazı neftçilərin Azneft İstehsalat Birliyinin rəhbərliyinə etdikləri müraciətdə deyilir.
Giley edən işçilər daha sonra bunları deyir: "Düz bir ildir, bizə deyirlər ki, gəmi olacaq, gəmi olacaq... Nə oldu bəs? Vallah hamının krediti var burda... bu ay üçün biz nə ödəyəcəyik kreditə?
Maaşın tam yarısı yoxdu, nə edək? Hərdən bizi qızışdırırlar ki, 13-cü maaş olacaq, nə bilim bonus olacaq, neftçilər günündə 500 manat olacaq.... Bu sözləri atıb, problemlərdən yayındırırlar.
Olsun ee, cox sağ olun. Bəs gəmi nə oldu? Belə olmur, vallah belə olmur. Belə olmur, vallah olmur. Bunu yuxarı, yəni göylərin hökmüdarı da qəbul etmir. Vicdanınız olsun! Məcbur olmasa, heç bir işçi bu işə gəlməz. Başqa sahə üzrə təşkilatlar, idarələr bizə gülürlər ki, niyə haqqınızı tələb etmirsiniz? Fəhlənin qədrini bilmək lazımdır. Çünki işləyən fəhlədir, onun ustasıdır. Yoxsa ki, idarədə oturub kef edirsiniz.
Saat 9.00-da işə gəlirsiniz 12.00-də gedirsiniz nahara, 3 saatı da firladıb gedirsiniz evə..."