İnternat məktəbini bitirən şəxsə ödənilməli olan vəsait niyə verilmir? – TƏHSİL NAZİRİNƏ MÜRACİƏT
Vətəndaş Eldarov Xəlil Sərdar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edir:“Cənab nazir!
Mən, Eldarov Xəlil Sərdar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin həlli istiqamətində tapşırıqlar verəsiniz.
Məlumat üçün bildirim ki, özüm internat məktəbində oxumuşam. 4 uşaq atasıyam. Təhsil müəsisəsini bitirəndə respublika üzrə orta aylıq əmək haqqının 2 misli qədər birdəfəlik müavinat verilməli idi. Lakin haqqım tapdalanır, həmin pulu mənə vermirlər.
Dəfələrlə Sizə və cənab Prezidentə məktublar ünvanlamışam. Prezidentə yazdığım məktubu da Sizə yönləndiriblər. Sizin tərəfinizdən də aidiyyəti üzrə göndərilib. Amma biganə yanaşırlar. Müxtəlif növ əsassız bəhanələr gətirilərək, ödəməkdən boyun qaçırırlar. Bir sözlə, Sizin işini yönləndirdiyiniz qurumlar məni incidir. Çətin vəziyyətdəyəm, xahiş edirəm, probleminin həlli ilə bağlı müvafiq qurumlara göstəriş verəsiniz”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
Tarix: 2-08-2024, 12:39