Protokol: "AEV" icbari sığorta müqaviləsini bağlamayıb



"AEV" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
 
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır.
Tarix: 5-08-2024, 10:11
Xəbəri paylaş





Xəbər lenti