Tribunainfo.az xəbər verir ki, qəsəbənin Səyavuş Kəlbəliyev küçəsi acınacaqkı vəziyyətdədir. Sakinlər bildirir ki, zibili günlərlə daşımırlar. Hətta bu işə məsul olan qurum zibili daşımaq əvəzinə yandırır. Sakinlər bildirir ki, həm zibilin üfunət iyindən, həm də yandırılan zaman gələn qoxudan həyətlərdə oturmaq mümkün deyil. Zibilliyin vaxtında təmizlənməməsinə görə qəsəbəni həşaratlar basıb. Sakinlərin tez-tez şikayəti, aidiyyəti qurumlara müraciəti də nəticə vermir.