Daş, mərmər, qranit şirkətinin mənfəəti bölüşdürüləcək
«Dəvəli» ASC səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək.
Dia-az.İnfo xəbər verir ki, mərmər, qranit və müxtəlif daş məhsullarının biznesi ilə məşğul olan şirkətin toplantısı 22 sentyabr 2024-cü il saat 11:00-da keçiriləcək. Toplantıda “Dəvəli” ASC-nin 2023-cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və mənfəətin bölüşdürülməsi və cari məsələlər müzakirə ediləcək.
İclas Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Dadaş Bünyadzadə küçəsi 212 ünvanında baş tutacaq. Qeyd edək ki, «Dəvəli» ASC-nin rəhbəri Vahab Dəvəlidir.
Şirkətin 2023-cü ili hansı mənfəətlə başa vurduğu açıqlanmır, amma 2021-ci ildə «Dəvəli» ASC şirkətin gəlirləri 5,2 milyon manat, 2022-ci ildə 4,7 milyon manat olmuşdu. Xalis mənfəət isə 2021-ci ildə 203 min manat 2022-ci ildə isə 48 min manat olub. 2022-ci ilin sonuna «Dəvəli» ASC-nin 2,5 milyon manat borcu vardı.