“PAŞA Holding”: Taksi bazarına girməyimiz bir səhv idi

“PAŞA Holding”:
“PAŞA Holding”in taksi xidmətləri bazarına girməsi bir səhv idi.

İndex.az xəbər verir ki, bunu holdinqin Baş icraçı direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

Onun sözlərinə görə, bu sektora girəndə bu biznesin şirkətə nə qədər baha başa gələcəyi ağllarına belə gəlməyib: “O vaxt taksi xidmətləri bazarında “Uber” və “Bolt” rəqabət aparırdı. Biz də dedik ki, niyə orada olmayaq? İnvestisiya etməyə başladıq və həmin məbləğ heç də az olmadı. Amma bu bir səhv idi və itki ilə üzləşdik. Bu cür itkilər hesabına da nə isə öyrənmək olar”.
Tarix: 11-10-2024, 08:55
Xəbəri paylaş





Xəbər lenti