"OBA Market" tullantılar haqqında qanunvericiliyi pozdu - Məhkəmə bu tarixdə olacaq


"OBA Market" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
 

Pravda.az-ın xəbərinə görə, sənədə Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin sədrliyi ilə oktyabrın 14-də baxılacaq.
 
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
Qeyd: Mağazalar şəbəkəsinin İdarə Heyətinin sədri İbrahimova Natəvan Yusif qızıdır. "OBA Market" tanınmış iş adamı Aydın Veysəloğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir. 
Tarix: 12-10-2024, 22:01
Xəbəri paylaş





Xəbər lenti