Özgür Demirkıranın rəhbərlik etdiyi zavoda daha bir cərimə yazıldı


Qəbələ Konserv Zavodu MMC-yə daha bir inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Qəbələ Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərovun icraatındadır.
 
Xatırlatma: Zavod barəsində bundan öncə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
Qeyd: "Pepsi Bottlers Azerbaijan"nın (Mars Overseas Baku LTD) Qəbələ şəhərində yerləşən "Qəbələ Konserv Zavodu"nun rəhbəri Özgür Demirkırandır.
Tarix: 15-10-2024, 11:16
Xəbəri paylaş





Xəbər lenti