Kanalizasiyalar sovet dövründən bəri təmir olunmayıb – AÇIQLAMA
Kanalizasiyalar niyə təmir olunmur?Tribunainfo.az-ın sorğusuna münasibət bildirən Toğrul Maşallı bildirib ki, yağış-kanalizasiyası olmalıdır. Bu da Bakıda yoxdur. Əgər yağış normadan yuxarıdırsa o zaman əlbəttə ki, müəyyən problemlər yaranır.
İqtisadçının sözlərinə görə, sadəcə olaraq müəyyən problemləri aradan qaldırmaq üsulları var və kifayət qədər üsullar mövcuddur. Daha çox infrastruktur investisiyaları ilə bağlıdır. Yəni infrastrukturun qurulması, yolların qurulması, mövcud olan kanalizasiya şəbəkələrinin qurulması, burada mövcud olan problemlərin aradan qaldırılması və s.
“Hamıya bəllidir ki, bizdə kanalizasiyalar sovet dövründən bəri təmir olunmayıb. Bu təmirə vaxt keçdikcə daha çox vəsait lazımdır. Kanalizasiya təmiri bir qədər çətin məsələdir, nəinki yeni yol tikmək. Kanalizasiya Bakı şəhərinin altındadır və bu bəllidir ki, onsuz da hansısa yolu təmir edəndə bütün şəhər dayanır. Kanalizasiya isə daha uzun müddət tələb edəcək. Eyni zamanda daha çox vəsait də tələb edəcək. Nəyə görə edilmir? Bu artıq hökumətin ayırdığı vəsaitlərinin prioritetlərindən asılıdır. Təmir-tikinti işlərində hər il hökumət müəyyən qədər, büdcənib böyük hissəsində vəsait ayırır. Bu investisiyaların paylanılması müəyyən prioriterlərdən asılıdır. Azərbaycanda bu vəsaitlərin xərclənməsində ən sonuncu yerdə infrastrukturun bərpası və ictimai nəqliyyat gəlir”.
Dəniz Pənahova
Tarix: 22-10-2024, 22:34