Dövlət Gömrük Komitəsi Anar Əliyevin “FAB Boya” şirkətini yenidən cərimələdi

Dövlət Gömrük Komitəsi Anar Əliyevin “FAB Boya” şirkətini yenidən cərimələdi

“FAB Boya və Kimya Sənayesi” MMC yenidən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Onu da bildirək ki, sözügedən şirkət ötən ay eyni inzibati xəta törətdiyinə görə cərimələnmişdir.
Xatırladaq ki, Azərbaycanın inşaat sektorunda mövcud olan “FAB Boya və Kimya Sənayesi” MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkət ilk olaraq boya məhsulları istehsalına başlayıb, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal edib. 2006-cı ildən isə müəssisədə “Polimerlər” fabriki fəaliyyətə başlayıb. Şirkətin qanuni təmsilçisi və baş direktoru Məhərrəmov Kənan Məhərrəm oğludur. Şirkətin təsisiçisi isə Anar Səfər oğlu Əliyevdir. Anar Əliyev eyni zamanda “OMİD” mağazalar şəbəkəsinin sahibidir.
Tarix: 25-10-2024, 16:47
Xəbəri paylaş





Xəbər lenti