Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO]

Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO] Azərbaycanda məmurların nəfsinin qurbanı olmayan bəlkə də tək ərazi Qubanın xınalıq kəndi idi. Lakin artıq bu ərazidə də məmur tamahı, bu tamahdan doğan qəddarlıq üst səviyyəyə dırmanıb.

24saat.org saytının kamerası bu dəfə şikayət əsasında Xınalıq kəndində quraşdırılıb.


Kənd sakinləri iddi edir ki, Quba 68 Saylı Yol İstismar İdarəsinin sahə rəisi Hüseynağa Xəlilov ölkə başçısı İlham Əliyevin Xınalıq səfəri zamanı tarixi bina kimi ziyarət etdiyi evi uçuraraq yerində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov üçün villa tikdirib.

Bu zaman o, şəhid ailəsinin kəndə enən qapı və pilləkənini uçuraraq onları yolsuz qoyub. Hazırda Şəhid anası evdən bayıra çıxa bilmir.

24saat.org saytının ərazidən hazırladığı reportajı təqdim edirik:
Siam.az
Tarix: 21-07-2017, 14:53
Xəbəri paylaş





Xəbər lenti