Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi”
“MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Keçmiş MTN generalları, xüsusilə də sabiq nazir Eldar Mahmudov və onun yaxın çevrəsinin,
eləcə də Mövlan Şıxəliyev və Akif Çovdarovun “Akula Akif” kimi tanınan Akif Mustafayevlə
sıx təmaslara malik olduğu, adıçəkilən şəxsin vasitəsi ilə çoxlu sayda qanunsuz biznes
əməliyyatları həyata keçirdiyi məlumdur.
Siam-az.com-un elektron poçtuna məktun ünvanlayan Nazim Eliyev bu barədə maraqlı detallara toxunub.
“MTN çətəsi”nin “yeriyən pulqabısı” hesab edilən,
sabiq generallara 100 milyonlarla dollar məbləğində pul qazadıran “Akula Akif”in Eldar
Mahmudov imperiyasının çöküşündən sonra İnterpol tərəfindən axtarışa verildiyi, Azərbaycana
düşmən olan Fransada sığınacaq tapdığı da mediada yer alan informasiyalar sırasındadır.
Məlumat üçün qeyd edək ki, son 2-3 ildir ki, sabiq MTN generallarının, xüsusilə də Eldar
Mahmudov və Mövlan Şıxəliyevin xarici ölkələrdə, xüsusilə də Fransadakı biznesinin sürətlə
genişləndiyi müşahidə edilməkdədir. Azərbaycandan oğurlanan pullar hesabına Fransada nəhəng
biznes səltənəti quran, özlərinə və düşmən ölkənin büdcəsinə milyonlar qazandıran sabiq
generallar, bu gün də milyonluq sərvətlərindən Qarabağdakı bərpa prosesinə bir qəpik də olsun
vəsait sərf etmir, əksinə, dövlətdən və xalqdan daha çox çırpışdırmağa çalışırlar.
Özləri Azərbaycanda olan bu şəxslərin Fransadakı bizneslərini necə, hansı yolla, kimlərin əli ilə
genişləndirdiyi də ən çox sual doğuran məsələlərdən biridir. “MTN çətəsi” ilə bu çətənin
“döyünən qəlbi” olan “Akula Akif” arasındakı sıx dostluq və işbirliyi nəzərə alınarsa, bu gün
Eldar Mahmudov və onun ailə üzvlərinin, habelə Mövlan Şıxəliyev, Akif Çovdarov və
digərlərinin Fransada genişlənən biznesinin arxasında yenə də məhz Akif Mustafayevin
dayandığı ehtimalı böyükdür. Çox güman ki, məhz “Akula Akif”in əli və əlaqələri vasitəsilə bu
biznes genişlənməkdə, yeni üfüqlə fəth etməkdədir.
MTN generallarının öz bizneslərini niyə doğma Azərbaycanda deyil, məhz Fransada
genişləndirdiyinə gəlincə, bu sualın cavabı daha sadə və daha ağrılıdır. Görünən budur ki, sabiq
generallar Fransada öz bizneslərini daha toxunulmaz hesab edir və bu ölkənin Azərbaycanla
münasibətlərindəki gərginlikdən öz bzines maraqları üçün faydalanmağa çalışırlar. Onlar hesab
edirlər ki, Fransa dövləti Azərbaycana onların bu ölədəki qanunsuz bizneslərini araşdırmağa,
onalrın oğurluq əmlaklarını müsadirə etməyə imkan verməyəcək. “MTN çətəsi”nin Fransaya
olan sevgisinin arxasında dayanan amil budur!
Tarix: Dünən, 21:54