Məhkəmə Şuşada qaydanı pozan “Qoç Ət”i cərimələdi

Məhkəmə Şuşada qaydanı pozan “Qoç Ət”i cərimələdi

Şuşa Rayon Məhkəməsində “Qoç Ət Restoran Fermer Market” MMC-nin barəsində tətbiq edilmiş cərimə protokolu üzrə qərardan verilən müraciətə baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib.
Qeyd: Protokol MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Tarix: 5-11-2024, 10:13
Xəbəri paylaş





Xəbər lenti