Yaxşı yaşamaq üçün hamı şərəfsiz, satqın olmalıdır?

Yaxşı yaşamaq üçün hamı şərəfsiz, satqın olmalıdır? Saxta ittihamla həbs olunan jurnalist Efqan Sadıqov həbsdən yazı göndərib. Yazını təqdim edirik:

Şərəfsiz məmurlara şərəfsiz deyirəm, qoy hamısı versinlər məni məhkəməyə!

Cəzaçəkmə müəssəsində qısa görüşə çıxmışdım. Görüşdə çox insan, ailə var idi. Mən kimsənin danışığını güdmürəm. Lakin, yaxınlıqda oturan məhkumun 3-4 yaşlı uşağı atasına dedi: ata dönər al də mənə. Atanın cibində 1 manatı belə yox idi. Uşağa: “ağıllı balam, çölə çıxanda ata sənə hər şey alacaq, yaxşımı?” Dedi. Hiss etdim ki, məhkumun gözləri doldu. Dedim ilahi, sən ya bu milləti qır qurtar, bir dəfəlik canları qurtulsun, ya da xalqa zülm edən məmurları. Elə bil alnıma güllə vurdular.
Biz heç vaxt acından ölməmişik, ölmərik də. Həmişə öz halal çörəyimizi yemişik. Yeri gələndə, məmurlar bu millətin halal haqqına həmişə tamah salıb.
Biz özümüzü sındıqmamışıq, heç vaxtda əymərik. Mən, işimi sevirəm, yolumu ölüncəyədək davam etdirəcəm. Və bununla fəxr edirəm. Pula görə hər şeyini satan, ayaqlar altına atanlardan olmarıq.
Mən təkcə öz evimdəkiləri doğma bilmirəm, ölkədə olan bütün sadə, kasıb insanlar, xalqın uşaqları mənim doğmaların, əzizlərimdir
Sadə adama dəyən yoxdur ki, millətin aclıqdan qırılıb getdiyi, bədbəxt oğlu bədbəxt fəhlənin səhərdən axşama kimi ac-susuz işləyib, müdirinin ona yuxarıdan aşağı, saymazyana baxdığı, gündəlik 12-15 manat aldığı bir dövürdə hansısa nazirin şərəfsiz oğlu bir milyon manata ayı kəsdirərək kabab bişitdirir.
Biri erməni kilsələriylə dostluq edir, onlara pulsuz qaz verir. Birisi hərbi bileti 2500-3000 manata satır. Bir məhkəmə hər il üçün 2000 manat istəyir. Kimisinin şalvar cibindən 10kq tiryək, köynək cibindən 1 kisə nəşə çıxır.
Dəlixanadır, Allahsızlıqdır, vicdansızlıq, şərəfsizlikdir. Mən vətənimi, millətimi canımdan çox sevirəm. Niyə də bu ölkəni ağacı içindən yeyən qurdlara təhvil verib qaçaq? Əsla! Mən Azərbaycandan heç yerə qaçıb getməyəcəm.
Allah Seymur Baycanı və onun “mənim mübarizəm” adlı kitabını var etsin!
Danışanda bir çoxları “biz Həciyik, Həccə getmişik” deyirlər. Həccə getmək bir çoxlarına yaxşı “maska” olub. Bu “maska” artıq köhnəlib, yeni bir “maska” üsul tapın! Allah evinin təmiz adından da özlərinə sipər kimi istifadə edənlər çoxalır. Allahı öz çirkin işlərinə, niyyətlərinə alət etmək istəyənlər.
Bu, Allahsızlıq deyilmi???
Bu, vicdansızlıq deyilmi???
Bu, şərəfsizlik deyilmi???
Tarix: 21-07-2017, 15:08
Xəbəri paylaş





Xəbər lenti