Qarabağ əlili Ppezident Administrasiyası qarşısında aksiya keçirib

Qarabağ əlili Ppezident Administrasiyası qarşısında aksiya keçirib “Hakimiyyətdən, vətəndaşlıqdan və qohumlardan imtina edirəm”

Qarabağ müharibəsində I qrup əlil olmuş Məğrub Bədəlsoy, polisin ona qarşı kobud rəftarına etiraz olaraq bu gün – iyulun 21-də Prezident Administrasiyası qarşısında tənha piket keçirib və “Vətəndaşlıqdan və hökumətdən imtina edirəm” şüarı yazılan plakat qaldırıb. Buna səbəb onun dünən – 20 iyulda polis zorakılığına məruz qalmasıdır. “Nizami RPİ-nin 24-cü polis bölməsindən zəng edib sabaha bölməyə çağırdılar. Bir az keçmiş 10 nəfərlik polisin reket dəstəsi evə hücum edib, qollarımı qandallayıb zorla “gestapo”ya apardılar. İdarə rəisi əlillərin problemlərini mətbuata, prezidentə çatdırdığıma görə , evdə “sərbəst toplaşmağıma” icazə verməyəcəyini deyib xəbərdarlıq etmək amacı ilə məni ayaqyalın, qolu qandallı polisə gətirdi. Hələ üstəlik, kor gözlüyümü də çırpışdırdılar. Nə baş prokurorluğun, nə Ombudsmanın, nə də polisin özünün “qaynar xətləri” şikayətimə baxdı”- deyir əlil.

“Vətəndaşlıqdan, hakimiyyətdən, qohumlarımdan imtinanın kökündə demokratiyanın polisin, prezident müdafiəçilərinin, saxta insan hüquqları müdafiəçilərinin, müvəkkillərinin ayaqları altında inləməsi dayanır. Məni heç kim qınaya bilməz. Birincisi, vətəndaşlıqdan imtina Vətəndən imtina deyil. Mən Vətəndən imtina etmirəm, vətəndaşlıqdan imtina edirəm. Özüm də heç yerə getmirəm, vətəndaşlığı olmayan şəxs kimi doğma yurdumda qalıb LAZIMI gözləyəcəyəm. İkincisi, adi bir xəbərdarlıq etmək üçün əlil-vətəndaşı ayaqyalın, qolu qandallı polislə “müalicə edən” hakimiyyəti niyə tanıyım? Onu tanımıram və imtina edirəm! Üçüncüsü, gec-tez qohumlarımın məndən imtinası ilə üzləşməməkdən yana özüm bəri başdan onlardan imtina edirəm! Mənim sağ qohumum yoxdur! Bircə üç nəvəmdən imtina edə bilmərəm.


…Bircə yol Kəbəmə, Kərbəlama – Şuşaya qazi ziyarətinə gedə bilsəydim …Onda adımın önünə QAZİ yazdırardım!”- bu da Qarabağ əlili Məğrub Bədəlsoyun mətbuata müraciətindəndir.
Tarix: 21-07-2017, 19:38
Xəbəri paylaş





Xəbər lenti