Kriminal aləmi titrədən azərbaycanlı “generallar”: 16 nəfərlik “oğru” siyahısında gənclər də var: ADBAAD
Azərbaycanlı “qanuni oğru”lar kriminal aləmində müəyyən çəkiyə malik olsalar da hazırda sayları o qədər çox deyil. Cebhe.info xəbər verir ki, “oğru dünyası”nda sayına görə ancaq 4 faizlik bir paya sahib olan azərbaycanlı “qanuni oğru”lar arasında gənclər də var.
Cebhe.info kriminal aləmin hazırda sağ olan azərbaycanlı “general”larının siyahısını təqdim edir:
1.Ülfət Tağıyev. 1981-ci ildə Gəncədə doğulub. 2012-ci ildə Dubayda “taclandırılıb”.
2. Hacıbaba Turabxanı. 1982-ci ildə Beyləqanda doğulub, 2012-ci ildə Dubayda "taclandırılıb".
3. Vaqif Süleymanov. 1965-ci ildə Tiflisdə doğulub. 2001-ci ildə Moskvada "taclandırılıb".
4. Arif Mehdiyev. 1961-ci ildə Göyçayda doğulub. 1989-ci ildə Azərbaycanda “taclandırılıb".
5. Cavid Məmmədov. 1985-ci ildə Ağcabədidə doğulub və 2013-cü ildə Yunanıstanda “taclandırılıb”.
6. Namik Səlifov. 1976-cı ildə Dmanisidə doğulub və 2013-cü ildə İstanbulda “taclandırılıb”.
7. Rafet Əmirov. 1979-cu ildə doğulub və 2014-cü ildə "oğru" statusu alıb.
8. Zaur Şipilov. 1985-cü ildə Orenburqda doğulub. 2013-cü ildə İstanbulda "taclandırılıb".
9. Nadir Səlifov (Lotu Quli). 1972-ci idə Dmanisidə doğulub. 2000-ci ildə "taclandırılıb".
10.Ceyhun Əsgərov. 1983-cü ildə dünyaya gəlib. 2014-cü ildə Türkiyədə "taclandırılıb".
11. Taleh Dağlıyev. 1983-cü ildə Maştağada doğulub. 2014-cü ildə Türkiyədə "taclandırılıb".
12. Yusif Əliyev. 1971-ci ildə Şamxorda doğulub. 2008-ci ildə Moskvada "oğru" statusu alıb.
13. Yunis Nəzərov. 1961-ci ildə doğulub və 1984-cü ildə "taclandırılıb".
14. Emin Əhmədov. 1982-ci ildə Hacıqabulda doğulub. 2013-cü ildə "taclandırılıb".
15. İlqar Əliyev. 1977-ci ildə Dmanisidə doğulub və 2012-ci ildə Yunanıstanda "taclandırılıb".
16. Rəşad İsmayılov. 1978-ci ildə Gəncədə doğulub və 2013-cü ildə Moskvada "oğru" adını alıb.
Tarix: 22-07-2017, 19:26