Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR

Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR Heç kimə sirr deyil ki, bir çox ölkələrdən fərqli olarpaq Azərbaycanın ən varlı insanları iş adamları deyil, məmurlardır. O məmurlar ki, aldıqları maaşları 500-1000 manat arasında olmasına baxmayaraq, hər gün xərclədikləri cib xərclikləri 2-3 min manat olur. Bu məmurların bahalı maşınları və milyonluq villaları isə hər yerdə hər kəsin gözlərini qamaşdırır. Bəs bu qədər varidata, cah-cəlala məmurlar necə sahib olurlar? Təbii ki, dövlətin pullarını talan etməklə və rüşvət almaqla.

Qeyd edək ki, ölkə prezidenti bir müddət əvvəl Səbail rayonunda yerləşən «Dostluq» parkında inşa edilən milyonluq vilların sökülməsi üçün tapşırıq verdi. Təsadüfi deyil ki, möhtərəm prezidentimizin özünün də qeyd etdiyi kimi həmin milyonluq villaların sahibləri tapılmadı. Çünki bu vilların sahibləri çıxıb deyə bilməzdilər ki, bu villa mənimdi və mənim bu villa üzərində mülkiyyət hüququm var. Onda o məmurlar həmçinin bu villaları hansı qazancla əldə etdiklərini də açıqlamaq məcburiyyətində qalardılar.

AzToday.Az xəbər verir ki, AzMedia.info saytının əməkdaşı bu yaxınlarda Qax rayonunun İlisu kəndində olarkən kəndin ən mənzərəli yeriində, dağlar qoynunda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəninin villasının şəkillərini çəkib. Yerli sakinlərin bildirdiyinə görə icra başçısı yay aylarında bu villada yaşayır. İlisudakı karyerləri qanunsuz olaraq ələ keçirib işlədən Zaqalanın icra başçısı, bu kənddə demək olur ki, sevilmir. Sakinlər bildirir ki, gündə 12 saat müddətində karyerdə kənd sakinlərini çalışdıran icra başçısı onlara qəpik-quruş verir.

Əməkdaşımıza Mübariz Əhmədzadənin İlisu kəndindəki milyonluq villasından danışan kənd sakinləribaşçının xidməti maşını olan 62 AA 001 dövlət nömrə nişanlı maşının həmişə villanın qarşısında dayandığını bildiriblər. Villanın qonaqlarının çox olduğunu və daima bu villarnının qapısının qarşısında bahalı maşınların dayandığını qeyd edən kənd sakinləri, icra başçısının İlisuda xüsusi hörmətə sahib olan itlərini də unutmayıblar.

Sakinlər bildirir ki, villanın qoruyucuları olan bu itləri Mübariz Əhmədzadə xüsusi olaraq Almaniydan gətizdirib. İtlərin xüsusi baxıcısı var və bu itlərə Bakıdan, ya da Gürcüstandan xüsusi yem gətizdirilir. İlisuda bu itlərə heç kimə toxuna bilməz. İtlərin əsas vəzifəsi isə Mübariz Əhmədzadəninin villasını kənar adamlardan qorumaqdır. Xüsusi təlim görmüş bu itlər villaya icazəsiz girən heç kimə göz açdırmır.

Mübariz Əhmədzadə bu villanı hansı qazancı ilə əldə etməsi ilə bağlı ictimaiyyəti maraqlandıran suallara açıqlıq gətirsəydi biz öz adımızdan hörmətli başçıya minnətdar olardıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin villasının şəkillərini təqdim edirik: Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR
Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR
Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR
Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR
Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR
Zaqatala icra başçısının İlisudakı dəbdəbəli villası və Almaniyadan gətizdirdiyi itlər – FOTOLAR
Tarix: 23-07-2017, 15:01
Xəbəri paylaş





Xəbər lenti