Vidadi Zeynalova görə xərcə düşüb - İDDİA
Məlum olduğu kimi, dövlətə vurduğu ziyanın müqabilində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov 10 milyon manata yaxın pulu geri qaytardıqdan sonra vəkilləri onun barəsində bəraət hökmünün verilməsinə çalışırlar.Onu da qeyd edək ki, DİA.AZ-a daxil olan məlumatlarda Vidadi Zeynalov tərəfindən geri ödənilən pulların toplanmasında sabiq aparat rəhbərinin yaxınlarının kifayət qədər əziyyətə qatlaşdığı iddia olunur.
Bununla bağlı redaksiyamıza daxil olan xəbərdə deyilir: "Yaxınları sabiq aparat rəhbərinin ölkədəki və ölkə kənarındakı əmlaklaının satışını təşkil etməklə yanaşı, həm də pulun toplanmasında da iştirak ediblər".
Məlumatlı mənbəyə görə, bu əziyyətə qatlaşanlar arasında kifayət qədər tanınmışşəxslər də var ki, onlardan biri də sabiq aparat rəhbərinin xalası oğlu - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Mənbənin bu barədə DİA.AZ-a söylədikləri: "Elmar Vəliyev təxminən 1 milyon manata yaxınn qatqıda bulunub".
Bütün bu iddia olunanlarla bağlı maraqlı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq...
Tarix: 26-07-2017, 08:59