Qarabağ qazisi polis təhqiqatçısı tərəfindən təhqir edilibmi??- ARAŞDIRMA
İddiaçı tərəf hə, qarşı tərəf isə yox deyir
Redaksiyamıza Qarabağ qazisi, Şirvan şəhər sakini Quluyev Bayram Vaqif oğlu tərəfindən şikayət ərizəsi daxil oldu. Qarabağ qazısı ərizəsində bildirir ki, Bakı şəhərində yaşayan qızı həyat yoldaşı Quliyev Zamiq Oruc oğlu tərəfindən dəfələrlə döyülür, ölümlə hədələnərək işgəncələrə məruz qalır. Buna görədə DİN-nin 102 xidmətinə müraciət edib. Müraciət baxılması üçün ərazi üzrə Bakı şəhəri Nərimanov rayon 18-ci Polis Bölbəsinə göndərilib. Şikayətçi Quluyev Bayram ın və qızınin müraciətini araşdiran 18-ci Polis Bölbəsinin təhqiqatçısı Məmməd Zeynalov tərəfindən təhqir edildiyini və xidməti otağından qovulduğunu bildirir.
“Vetenperverler.az” saytı olaraq bizə olunan müraciəti obyektiv araşdirmaq məqsədi ilə, adı hallanan təhqiqatçı Məmməd Zeynalovla telefon əlaqəsi yaratdiq.
Məmməd Zeynalov sualımıza belə cavab verdi: “Mən heç kimi nə təhqir etmişəm, nə də otaqdan qovmuşam. Mən sadəcə çikayətçi Quluyev Bayram Vaqif oğluna bildirdim ki, zərərçəkmiş qızını gətir bura təliqə verək, apar ekspert həkiminə. Yəni presessual qaydaları izah etmişəm.”
Bu xoşagəlməz olaya münasibət bildirmək üçün, saytımızin əməkdaşı, ekspert Etibar Toğrula müraciət etdik. Etibar Toğrulun məsələyə münasibəti belə oldu:
“Belə hallar zaman-zaman yerli polis orqanlarında olub. Ancaq, polis işçısınin günahı sübuta yetirildiyi halda dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi məsələyə müdaxilə edərək, həmin polis işçısinin hərəkəti polis zabitinin xidməti vəzifəsi ilə üst-üstə düşmədiyi üçün ciddi sürətdə cəzalandırilib. İndi də, əgər adı hallanan polis təhqiqatçısı Məmməd Zeynalov həqiqətən şikayətçı vətəndaşla normadan kənar rəftar edibsə, inanıram ki, cənab Nazirə bu barədə məlumat çatan kimi, ciddi tədbir görüləcək. Nazir Ramil Usubov belə məsələlərə çox diqqətlidir və bu kimi xoşagəlməz halları öz şəxsi nəzarətində saxlayır. Araşdirma nəticəsində, məlim olsa ki, həqiqətən polis təhqiqatçısı vətəndaşa qarşı münasibətində vəzifə səlahiyyətini açıb və polis zabitinə yaraşmayan hala yol veribsə mütləq cəzalandirılacaq. Buna şübhəniz olmasın. ”
Tarix: 26-07-2017, 16:29