Parlamentin qız işçiləri onlara əxlaqsız təkliflər edən deputatlar haqda - "Vatsap"da yazışırlar...

Parlamentin qız işçiləri onlara əxlaqsız təkliflər edən deputatlar haqda - "Vatsap"da yazışırlar... Parlamentdə qadınlara qarşı əxlaqsız davranan deputatlar haqda müzakirələr qalmaqal yaradıb.

Moderator.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Times” nəşri xəbər yayıb. Söhbət Britaniya parlamentinin 4 üzvünün həmkarları olan və ya parlamentdə çalışan qız və gənc qadınlara münasibətdə qeyri-etik davranışlarından gedir.

Adları hallanan 4 deputatdan ikisi Leyboristlər, ikisi isə Mühafizəkarlar partiyasının üzvüdür. Ən çox adı hallanan ədliyyə naziri Malkl Qouvun həm də evli olması həmkarlarının və medianın diqqətini daha çox çəkib.

“The Sun” nəşri isə yazır ki, Britaniya parlamentində referent, katibə və s. işləyən qız və gənc qadınlar “WhatsApp” messencerinin gizli qrupunda yazışırlar. Zərif cinsin nümayəndələri öz aralarında onlara sataşan, əl uzadan, əxlaqsız təkliflər edən deputatlar haqqında informasiyalarla bölüşürlər.

Britaniya hökumətinin aparıcı məmurlarından biri parlament üzvləri barədə bu cür söz-söhbətlərin narahatlıq doğurduğunu bildirib.
Siam.az
Tarix: 29-10-2017, 10:16
Xəbəri paylaş





Xəbər lenti