Çovdarovun 33 milyonluq əmlakı müsadirə olunacaq

Çovdarovun 33 milyonluq əmlakı müsadirə olunacaq Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq.

Bu barədə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə qərar qəbul olunub. Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb. DTX-nın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.

Siam.az
Tarix: 30-10-2017, 20:59
Xəbəri paylaş





Xəbər lenti