AZAL-dan sərnişinə qarşı etinasızlıq - ALDIĞI BİLETİN QİYMƏTİNİ 35 DOLLAR QALDIRDI

AZAL-dan sərnişinə qarşı etinasızlıq - ALDIĞI BİLETİN QİYMƏTİNİ 35 DOLLAR QALDIRDI "Azərbaycan Hava Yolları" QSC bu dəfə də sərnişinlərdə narazılıq yaradıb.

Cebhe.info xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl bu haqda facebook səhifəsində yazıb.

Bir neçə gün öncə başına gələnləri nəql edən T.İsmayıl bildirib ki, oktyabrın 31-də Bakıdan Ankara-Bakı bileti sifariş edib.


AZAL-dan sərnişinə qarşı etinasızlıq - ALDIĞI BİLETİN QİYMƏTİNİ 35 DOLLAR QALDIRDI

Daha sonra isə sifarişlə aldığı biletin qiyməti dəyişib, nə az nə çox 30 dollar qiymət artıb: "Sifarişimi aldım. Biletin qiyməti 270 dollar idi. Soruşdum ki, uçuş günündə, yəni noyabrın 4-də qiymətlər dəyişə bilər, ya yox. Dedilər ki, belə bir şey ola bilməz. Noyabrın 4-nə dək eyni qiymət qüvvədə olacaq. Nədənsə, içimdə bir şübhə vardı. İki gün öncə şirkət rezerv etdiyim biletin qiyməti 305 ABŞ doları edib. Mənə xəbər verilmədən qiymətləri bu cür dəyişdilər. Bu hörmətsizliyə görə AZAL-ın xidmətlərindən imtina etdim. Həmin vaxtda Ankara-İstanbul- Ankara gediş biletini alsaydım sadəcə olaraq 221 ABŞ dolları ödəyəcəkdim. Türkiyədə biletlərin qiyməti AZAL-dan daha sərfəlidir. AZAL həm yüksək qiymət təklif edir".

Nigar Məhərrəm
Tarix: 5-11-2017, 20:49
Xəbəri paylaş





Xəbər lenti