“Elə məmurlar var ki, arvadları pulsuz onları evə qoymur”

“Elə məmurlar var ki, arvadları pulsuz onları evə qoymur” Hafiz Hacıyev: “Gəlir deklorasiyasının tətbiqi korrupsiya hallarını əhəmiyyətli şəkildə önləyər”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında gəlir deklorasiyasının tətbiqinin zəruriliyi ilə bağlı maraqlı fikirlər səsləndirib.


Partiya sədrinin sözlərinə görə, gəlir deklorasiyasının tətbiqi korrupsioner məmurların əl-qolunu bağlayan təsirli vasitə ola bilər:

“Təbii ki, gəlir deklorasiyasının tətbiq edilməsi şəffaflığı təmin edər. Məndə olan məlumata görə, Milli Məclisə belə bir təklif verilib. Yaxın vaxtlarda bu qanunun qəbul edilməsi gözlənilir. Cənab prezidentin özü bununla bağlı təşəbbüslə çıxış edib. Əminəm ki, ölkədə korrupsiya halları kəsilməlidir və kəsiləcək də.

Bəzi məmurlar korrupsiyaya öyrənib. Onlar axşam arvadlaırna pul aparmasalar yata bilmirlər. Arvadlar də pulsuz onları evə qoymur. Ona görə də düşünürəm ki, bu məmurların əl-qolunu bağlamaq üçün əsas məsələ gəlir deklorasiyasının tətbiqidir. Gəlir deklorasiyası olsa, bilmək olar ki, hansı məmur hansı əmlaka sahibdir və onu nə ilə alıb.

Gürcüstanda böyük yatırımlar qoyublar. Bu pulu hardan alıblar? 1700 manatla Gürcüstanda belə bir yatırım qoymaq necə mümkün olub? Nazirlər var ki, milyardlıq layihələr həyata keçirib. Gəlir deklorasiyası olsa, məmurlar özlərində bir balaca məsuliyyət hiss edərlər. İcra başçısı tanıyıram ki, Köln şəhərində böyük bir poliklinika açıb. Gəlir deklorasiyası olsa, bunlar oraya çıxar və həmin məmmurlar cavab verməli olarlar.

Ölkə prezidenti bu yöndə ciddi addımlar atmaqdadır. Hesab edirəm ki, qısa zamanda bu məsələ öz həllini tapacaq. Əliəyri məmurlar etdiklərinin cavabını verəcək. Korrupsiyaya qurşanan insanların hamısı həbs edilməlidir. Onların əlindən bütün var-dövlət alınmalıdır. Necə ki, Ziya Məmmədovun var-dövləti dövlətin xeyrinə əlindən alınır. Bu, digər məmurlara da görk olar”.

Palitika.Az
Tarix: 5-11-2017, 23:00
Xəbəri paylaş





Xəbər lenti