“Konkret olaraq Fazil Məmmədov tərəfindən həbs edildi...”- Saday Şəkərlinin vəkilləri

“Konkret olaraq Fazil Məmmədov tərəfindən həbs edildi...”- Saday Şəkərlinin vəkilləri
Tanınmış şair Saday Şəkərlinin həbs edilməsində iki il ötür. Saday Şəkərli 2015-ci ilin dekabrın 22-də Vergilər Nazirliyində həbs edilib. Şairin ailəsi onun həbsinə səbəb həmin vaxt çap olunan “Qurd ürəyi” romanını əsas gətirir. Ailəsi onun haqsız həbsi ilə razılaşmır və həbsin sifarişçisinin bu yaxınlarda nazir postundan uzaqlaşdırılmış sabiq vergilər naziri Fazil Məmmədov olduğunu deyir.

Moderator.az -a açıqlama verən Saday Şəkərlinin vəkilləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov şairə qarşı sürülmüş ittihamların əsassız olduğunu deyib.

“Konkret olaraq Fazil Məmmədov tərəfindən həbs edildi...”- Saday Şəkərlinin vəkilləri

Fəxrəddin Mehdiyev: “Məhkəmə sənədlərində Fazil Məmmədov yox, köməkçisi Asif Cahangirov ittiham tərəfi kimi çıxış edirdi. Amma, Saday Şəkərliyə bəraət hökmü çıxarılmasını bütün mərhələlərdə irəli sürdük. Ali məhkəməyə qədər müraciət etdik. Çox təsüflər olsun ki, bunların heç biri təmin olunmadı. Yalnız həbs müddəti on ildən, beş ilə endirildi. S.Şəkərli özü də özünü təqsirli hesab etmədi. Bundan sonra şair aministiya düşə bilər və ya əhv edilə bilər. Bunlar irəli sürürdülər ki, Saday Şəkərli bizi hədələyib. Bununla bağlı telefon danışıqlarını tələb etdik, amma bu da təmin edilmədi. Çünki S.Şəkərli vergilər nazirliyi haqda elə bir məxvi məlumata malik deyildi ki, onu yaysın. İkinci tərəfdən S.Şəkərlinin hansı məlumatlara malik olması da məhkəmədə açılmadı. Üçüncüsü telefon danışıqlarını məzmunu da açılmadı. Bu danışığın da olub-olmaması müəyyən olunmadı. Onda belə bir sual yaranır ki, S.Şəkərli hansı formada onlara deyib ki, sizin haqda rüsvayedici məlumatlar yayacam? Rüsvayedici məlumat odur ki, bu konkret olaraq nədəsə ifadə olunsun. Bu olmayan halda kimisə ittiham etmək qətiyyən düzgün deyil, qanunvericilik buna imkan vermir. Hökm mülahizələr üzərində qurulmuşdu. Məhkəmədə kitabdan söhbət getmədi. Biz bu haqda desək də, qəbul olunmadı”.

“Konkret olaraq Fazil Məmmədov tərəfindən həbs edildi...”- Saday Şəkərlinin vəkilləri

Bəhruz Bayramov: “Biz Ali məhkəməyə qədər getdik, amma mümkün olmadı. Mən bir çox proseslərdə iştirak etmişəm həmçinin jurnalist Pərviz Həşimlinin işində də belə oldu. Eldar Mahmudov işdən çıxarılandan sonra Pərviz Həşimlinin əhvə saldılar. Mən belə hesab edirəm ki, Fazil Məmmədov işindən uzaqlaşdırılıb və növbəti əhv fərmanında Saday Şəkərlini də azad olunacaq. Çünki onun heç bir günahı yox idi. Konkret olaraq S.Şəkərli Fazil Məmmədov tərəfindən həbs edildi. Sənəd üzərindən onun adını çıxardılar, bu mümkün olmadı. Fazil Məmmədovun müşaviri Asif Cahangirov guya yeganə şahid idi. Amma onda nə çəkiliş, nə hər hansı bir sübut yox idi. S.Şəkərlini Asif Cahangirov çağırmışdı və orda da şərləyib həbs etmişdilər ki, guya pul tələb edib”.

Vasif Əlihüseyn
Tarix: 2-01-2018, 21:39
Xəbəri paylaş





Xəbər lenti