Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi


Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib. 
Siam-az.com qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub. 
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi qızı, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.  
Tarix: Bu gün, 13:41
Xəbəri paylaş





Xəbər lenti