Meyiti ermənilərdə qalan şəhidimizin anası kömək istəyir

Meyiti ermənilərdə qalan şəhidimizin anası kömək istəyir
Meyiti ermənilərdə qalan şəhidimizin anası kömək istəyir.

A24.Az xəbər verir ki, Zaqatala rayonunun Muğanlı kəndində yaşayan şəhid anası Rəsulova Əsbət Mustafa qızı panorama.az saytına müraciət edib.

Müraciətdə deyilir: «Oğlum Akif Rəsulov Milli Qəhrəman Ramiz Qənbərovun «Könüllülər batalyonu»nda döyüşürdü. 1992-ci ildə Şuşa uğrunda döyüşərək şəhid oldu. Meyiti də ermənilərdə qaldı. Oğlumun qəbrinə də həsrət qaldıq. Hazırda özüm yataq xəstəsiyəm, yaşayış durumumuz acınacaqlıdır. 8 nəfər ailə üzvümüz balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatıb ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı. Aidiyyatı qurumlardan bizə yardım etmələrini xahiş edirik».
Tarix: 23-01-2018, 21:28
Xəbəri paylaş





Xəbər lenti