Icra başçısı vəkil Elçin Sadıqovdan şikayət verib

Icra başçısı vəkil Elçin Sadıqovdan şikayət verib
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tanınmış vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət göndərib.

E.Sadıqov bildirib ki, buna səbəb icra başçısının qanunsuz əməllərilə bağlı işə vəkillik etməsidir:

“Gədəbəy rayonunda sahibkarın hüquqlarının müdafiə etdiyim və bununla bağlı Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməllərindən Azərbaycan Respublikasının Prezidentinə və digər dövlət orqanların şikayət etmişdim. Bu səbəbdən də Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib”.

Vəkil deyib ki, şikayətlə bağlı barəsində intizam icraatı başlanıb.

Siam.az
Tarix: 26-01-2018, 15:30
Xəbəri paylaş





Xəbər lenti