Şəhər bələdiyyə sədri məhkəməyə verildi - TƏFƏRRÜAT


Qobustan şəhər bələdiyyə sədri məhkəməyə verilib.

DİA.AZ lent.az-a istinadən xəbər verir ki, sədr Novruzov Vasif Əliş oğlu Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham olunur.

Onun barəsində edilən şikayət Qobustan rayon Məhkəməsinə göndərilib. İş hakim Mirələm Quliyevin icraatına verilib.

Qeyd edək ki, iş üzrə Qobustan sakini Xudaquliyev Məzlum Ağaqulu oğlu zərərçəkmiş qismində tanınıb.
Tarix: 19-01-2022, 09:46
Xəbəri paylaş





Xəbər lenti