Azərbaycanda 10 aydır yaradılan şirkətin kapitalı 642.5 mln. manatı keçib

Azərbaycanda 10 aydır yaradılan şirkətin kapitalı
Keçən ilin avqustunda təsis edilmiş “Azerbaijan İndustrial Group” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, şirkət keçən il təsis edilərkən onun 304 346 346 manat nizamnamə kapitalı vardı.

2027-ci ilin üçüncü rübündən etibarən şirkətin nizamnamə kapitalı 338 184 000 manat və ya 2.1 dəfə artırılmaqla 642 530 346 manata qaldırılıb.

Qeyd edək ki, “Azerbaijan İndustrial Group” MMC 2023-cü ilin avqustunda dövlət qeydiyyatına alınıb.

Şirkətin direktoru Azər Sadıqov Adil oğludur. A.Sadıqov bundan öncə “PASHA Holding” MMC-nin şirkətində və eləcə də STP-də çalışıb.
Tarix: Bu gün, 21:14
Xəbəri paylaş





Xəbər lenti