Baş Prokurorluq AXCP rəyasət heyətinin üzvünə xəbərdarlıq edib

Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü İlham Hüseyn yanvarın 21-də Baş Prokurorluğa çağırılıb, burada ona şifahi xəbərdarlıq edilib. Bu barədə İlham Hüseyn özü bildirib.
Onun sözlərinə görə, xəbərdarlığa onun 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinə istinadla Facebook-da dərc etdiyi status səbəb olub.
“Mənə bildirdilər ki, Baş Prokurorluğa çağırılmağım 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinin səhifəsindən Laçın rayonunda döyüşlər haqqında Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməmiş yazını paylaşmağımla bağlıdır. Mənə şifahi xəbərdarlıq edildi”, deyə fəal bildirib.
2021-ci il dekabrın 1-də o, həbsdə aclıq edən müxalifət fəalı Saleh Rüstəmovun azad edilməsi tələbi ilə mitinq keçirərkən saxlanılıb. İlham Hüseyn karantin rejimini pozmaq ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilib. 
Turan
Tarix: 21-01-2022, 23:12
Xəbəri paylaş





Xəbər lenti