Prezidentin yenicə General-Leytenant rütbəsi verdiyi şəxsin qardaşı Gəncədə reketlik edir



Gəncə şəhər sakini Rafiq Baxşıyev deyir ki, 2016-cı ildə Gəncə Şəhər İcra Hakimiyyətindən ona Səbuhi Əliyev küçəsində 4 sot torpaq sahəsi ayrılıb. Ora bir maşın daş da tökdürüb, amma tikinti aparmağa imkanı çatmayıb. 2021-ci il noyabrın 26-da həmin ərazidə torpaq işləri aparmaq istəyərkən Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşı Azər Şahverdiyev və yanında da iki nəfər ona yaxınlaşıb.

Rafiq Baxşıyevin bildirdiyinə görə Azər Şahverdiyev şəxsən özü onu döyüb. Həbslə hədələyib. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən Rafiq Baxşıyevin xəsarətləri o dərəcə də olub ki, həmin xəsarətləri qeydə almaqdan imtina edə bilinməyib.

Bundan sonra şikayətlərini davam etdirən Rafiq Baxşıyev Polis Şöbəsində də Azər Şahverdiyev tərəfindən döyülüb və təhqir edildiyini bildirir.
Bütün bunlara baxmayaraq cinayət işimin başlanmasına imtina edilib, xəsarətlərin əlində aciz qalıb İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edərək məhkəməyə göndərilib. Məhkəmədə isə Azər Şahverdiyev deyil, onunla gələn Amid adlı şəxs 400 manat cərimələnib.

Rafiq Baxşıyev isə qətiyyətlə bildirir ki, onu Azər , Amid və Ramin adlı üç şəxs birlikdə döyüb.
Şikayətçi işin ədalətli araşdırılmamasının səbəbini də qeyd edib. Azər Şahverdiyevin Prezidentin mühafizə Xitmətinin rəisi Bəylər Əyyubovun bacısı oğlu olduğunu deyən Rafiq Baxışov onun digər bir general Mail Şahverdiyevin qardaşı olmasını da bildirib. Mail Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinidir. Prezidentin son sərəncamlarından biri ilə ona General-leytenat hərbi rütbəsi verilib.

azadliq.info
Tarix: 21-01-2022, 23:16
Xəbəri paylaş





Xəbər lenti