Məşhur iş adamının 500 min dollar vergi borcuna görə saxlanılması xəbəri yayıldı...
"Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun saxlanılması ilə bağlı Moderator.az-a məlumat daxil olub. İş adamının vergi problemlərinə görə saxlanıldığı və 500 min dollar vergi borcuna görə artıq 2 gündür İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində çək-çevirə çəkildiyi bildirilir.
Məlumat gecə saatlarında saytımıza daxil olduğundan onu dəqiqləşdirə bilmədik. Ümid edirik ki, yaxın günlərdə bununla bağlı dəqiq informasiya əldə etmək mümkün olacaq.
Tarix: 27-01-2022, 09:42