Bakıya bu tarixdən qızmar istilər gəlir


Bakıda və Abşeron yarımadasında yay istilərinin düşəcəyi tarix bilinib.
 
Siam.az xəbər verir ki, may ayının 25-dən paytaxtda gündüz 31 dərəcə isti müşahidə olunacaq.
 
Gecə isə 19-20 dərəcə isti olacaq. Mayın 25-dən etibarən Bakıda və Abşeron yarımadasında gündüzlər havanın temperaturunun 28 dərəcədən aşağı düşməyəcəyi gözlənilir.
 
Mayın 28-i və 29-da gündüz temperatur 30 dərəcə təşkil edəcək./Baku.ws
Tarix: 21-05-2023, 11:03
Xəbəri paylaş





Xəbər lenti