Ramiz Zeynalovun MÜHƏRRİK BAZARI... - Adam hər yerdən PUL ÇIXARIR...


Baş Dövlət Yol Polisi İdarəsində əməlli-başlı BAZAR AÇIBLAR və bununla bağlı DİA.AZ-a müraciət edən vətəndaşlar çox hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazovdan kömək istəyirlər.

DİA.AZ-a göndərdiyi müraciətində vətəndaş Aslan Əlyev bildirir ki, bu qurumda aşkar şəkildə rüşvət istənilir və bu bir yana, şikayət edənləri incitməkdən belə çəkinmirlər.

Narazı vətəndaş yazır: "Açıq şəkildə sürücülərin başına oyun açırlar. Xaricdən maşın gətirmişik. "Meyvəli" şöbəsində avtomobilin gömrükdən keçid sənədlərini rəsmiləşdirən zaman mühərrikin nömrəsini yazmırlar texniki pasposrta ki, əlavə iş çıxarsınlar.

Orda aldıqları bəs etmir, əlavə olaraq Baş Dövlət Yol Polisi İdarəsində də alırlar. Orda da deyirlər ki ən azı 400-500 ver, mühərrikin nömrəsin yazaq... Bu da ən son qiymət deyil. Maşının qiymətinə görə dəyişir..."

Onu da qeyd edək ki, DİA.AZ olaraq DYP ilə bağlı redaksiyamıza gələn şikayətlərin artması səbəbindən araşdırma aparmaqdayıq və yaxın günlərdə Ramiz Zeynalov cənablarının ŞƏXSİ BAZARINA çevirdiyi BDYPİ-dəki real mənzərəni əks etdirən faktları təqdim edəcəyik.

Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 3-06-2023, 22:38
Xəbəri paylaş





Xəbər lenti