Yolda sürət həddini aşmağa görə cərimələr artırılır: 250-300 manat

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
SİAM.AZ-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Tarix: 5-06-2023, 21:41
Xəbəri paylaş





Xəbər lenti