Kassalarda oğurlanan qəpiklər hesabına qurulan səltənət... - İTTİHAM VAR!


Aydın Talıbov həbsdən canını qurtarmaq üçün şirkətlərini başqa-başqa şəxslərin adına keçirir… Azərbaycanda sahibkarlıqdan, biznes fəaliyyətindən danışanda adamın yadına rəhmətlik Cəfər Cabbarlının belə bir məşhur ifadəsi düşür: “Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver, miraba ver, ver... ver... ver...” Bəli, Azərbaycanda verməsən biznes faəliyyəti ilə məşğul olmaq mümkün deyil.
Sözün qısası, biznesin arxasında iri məmur yoxdursa, onun nəinki genişlənməyi, heç ayaq üstə durmağı mümkün deyil. Söhbət iri biznesdən gedirsə, 20 minlərlə işçidən, yüzlərlə filialdan, marketlər şəbəkəsindən, ərzaq fabrikindən, mineral sular istehsalından…bunun arxasından sıradan biri deyil ee…elə məmur dayanmalıdır ki, sənə dəyib-toxunan olmasın. Bu az qala 2 x 2 = 4 qədər sadə bir məntiqdir.
Sözün qısası, bir neçə il əvvəl haradasa adi “prorab” işləyən və özünün dediyi kimi maaşla dolana bilməyən, sonra xırda bizneslə məşğul olmağa başlayan Aydın Talıbovun qısa bir zamanda bütün ölkəni əhatə eləyən MÜSTƏQİL biznes şəbəkəsi qurması mümkün olan məsələ deyil. Ona görə də tam məsuliyyətlə dəfələrlə yazmışıq ki, Aydın Talıbov Naxçıvanın keçmiş şefi Vasif Talıbov, onun oğlanları, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və sabiq Baş prokuror Eldar Həəsnovla şərik olub.
Təsəvvür edirsiniz, gündəlik ticarət dövriyyəsi milyonlar olan biznes şəbəkəsinin Veysəl müəllimin oğlu Aydın Talıbova məxsus olmasını düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Təkcə bir faktı deyək. Vasif Talıbovun icazəsi olmadan Aydın Talıbov Naxçıvanda “SİRAB” mineral sular zavodu tikib milyonlar qazana bilərdi..?
Sözün qısası, “Veysəloğlu” Şirkətlər Qrupunun ( "Araz", "Oba" marketləri, "Ulduz" şokolad fabriki, Naxçıvanda "Sirab" mineral sular zavodu və s) Müşahidə Şurasının sədri Aydın Talıbov çətin günlərini yaşayır. Belə ki, onun şərikləri olan Vasif Talıbovun, Ramiz Mehdiyevin kitabı bağlanıb, Eldar Həsənov isə həbsxanada günlərini sayır. Biz Aydın Talıbova məxsus marketlərdə satılan kiflənmiş pendirdən, yaxud içindən qayka, bolt, mismar, mıx çıxan tumundan, xurmasından uzun-uzadı bəhs etmək istəmirik. Biz Əmək Müfəttişliyinin “Veysəloğlu” şirkətini külli miqdarda cərimə etməsindən, hətta xaricdən dəvət etdiyi əcnəbi revizorlara 20-30 min manat maaş, bizim millətin nümayəndələrinə isə 300-400 manat...verməyindən yazmırıq. Biz Aydın Talıbova məxsus marketlərin vətəndaşların yolunu kəsməsindən, məktəblərin qarşısındakı yolu zəbt etməsindən, şagirdlərin hərəkətinə təhlükə yaratmasından, “FAVORİT” marketlər şəbəkəsini zorla sahibinin əlindən almasından, hətta KİA avtomobilləri satmasından, ağacları kəsməsindən, Əmək Müfəttişliyi ilə həmişə problem yaşamasından yazmaq istəmirik. Çünki bu barədə dəfələrlə yazmışıq. Ancaq sonuncu məsələyə yenidən nəzər salaq.
Təsəvvür edirsiniz, 10 mindən artıq işçisi olan “Araz” marketlər şəbəkəsi əmək müqaviləsi bağlamadan işçiləri işə qəbul edir. Konkret şikayətçilərin yazdığına görə, rəsmi əmək müqaviləsi əvəzinə Aydın Talıbovun şirkəti yeni işçilərə “ora qol çək, bura qol çək“ deyərək işçiləri aldadır. Təsəvvür edirsiniz, Aydın Talıbovun şirkəti işçiləri gündə 9, həftədə 6 gün, yəni 54 saat işlədir. Aydın Talıbov marketlərin şöbələrində 1 nəfəri 3 nəfərin yerinə işlədir. Veysəl müəllimin oğlu Aydına başa salmaq istəyirik ki, dünyada 1935-ci ildən sonra həftəlik iş vaxtının norması kimi 40 saat müəyyən edilmişdir. Və Azərbaycanda da bu əsas götürülür. Yəni Aydın Talıbov Əmək Məcəlləsi-zad saya salmır. Bəli, vətəndaş rəsmi Əmək Müqaviləsi tələb edəndə onu işdən qovurlar. Hələ bu harasıdır..?
Deməli, Aydın Talıbovun marketləri təzə işə düzələnlərə “Ora qol çək, bura qoç çək” deyəndə nələr baş verirmiş. Deməli, təzə işə düzələnə öz xahişi ilə işdən çıxmaq ərizəsi yazdırıb, qol çəkdirib....tarix yerini boş saxlayırmışlar ki, nə vaxtsa vətəndaş məhkəməyə müraciət edə bilməsin. Bu hələ harasıdır..? Hətta işə düzələn şəxs almadığı MƏZUNİYYƏT PULUNA da qol çəkirmiş. Əmək haqqının yarısı nağd verilir. Bir sözlə, Aydın Talıbovun “Araz”, “Oba” marketlər şəbəkəsi sözün həqiqi mənasında cinayət əməllərinin meydanıdır. Hələ bu harasıdır.
Dostlarımızdan biri, bir neçə gün öncə “ Araz” marketlər şəbəkəsinin Masazırdakı 3 saylı filialında olub. Onun dediyinə görə, bu marketdə heç Afrikanın cəngəllik qanunları da işləmir, qanunsuzluq baş alıb gedir.
Buradakı vaxtı keçmiş qidalardan vətəndaşların zəhərlənməsi ehtimalı yüzdür. Ən dəhşətlisi odur ki, dostumuz ENDİRİM adı altında alıcıların aldadılmasını qeydə ala bilib. Belə ki, vitrində 2 manat 19 qəpik qiməti olan məhsul kassa aparatında 4 manat kimi hesablanır.
Sonda onu qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupunun sahibi Aydın Talıbov son vaxtlar öz adına alan şirkətləri başqa-başqa şəxslərin adına keçirməklə məşğuldur. Aydın Talıbov bu yolla həbsdən canını qurtamağa çalışır.
//gundelik-baku.com//
Tarix: 7-06-2023, 15:37
Xəbəri paylaş





Xəbər lenti