" Özümdən çox, dövlətimin və onun məhkəmə sisteminin əvəzinə utandım"- Məşhur jurnalistdən acı sözlər...

" Özümdən çox, dövlətimin və onun məhkəmə sisteminin əvəzinə utandım"- Məşhur jurnalistdən acı sözlər...
Fransada yaşayan dostum vasitəsilə bir fransız jurnalistlə söhbətləşdim. Məhkəmə verilməyimin səbəbinə aydınlıq gətirərkən, fransız həmkarımı ən çox təəccübləndirən "qızcığaz" sözünün təhqir kimi başa düşülməsi olmuşdu. Yazıq fransız "madmazel" deyə-deyə qalmışdı.
Türklərin bir sözü var: "hadisəyə fransız qalmaq". Yəni anlamamaq. Açığı, bu zamanadək türkiyəli qardaşlarımızın təəccüblənməyi niyə belə ifadə etdiklərini anlaya bilmirdim. Fransızın "qızcığaz" sözünə "fransız qaldığını" gördükdən sonra bu frazeoloji birləşmənin əsl mahiyyətinə əyani şəkildə vaqif oldum.
Fransız jurnalistə izah etdim ki, mənim “madmazel” kimi sözlərə görə məhkəməyə çəkilməyim səbəb yox, bəhanədir. Əsl səbəb isə ölkəmizdə separatizmlə məşğul olan bir “xan” rejiminə qarşı mübarizə aparmağım və müəyyən uğur qazanmağımdır. “Xan” həzrətləri də məndən bu yolla başqasının əliylə qisas alır.
SİAM.AZ yazır ki, bunu jurnalist Heydər Oğuz öz səhifəsində yazıb.Yazdıqlarını şərh edən jurnalist fikrini davam etdirərək yazır:
Fransız jurnalist mənə tarixi bir əhvalat danışdı. Dediyinə görə, Fransa krallarından biri hərbi yürüşə çıxır. Arxa cəbhədən xəbər gəlir ki, bəs qullar üsyana qalxıblar. Əsgərlər qılınclarını çəkib qulların üzərinə hücuma keçmək istəyəndə kral onları dayandırır. Deyir ki, qulların üstünə qılıncla getmək olmaz. Qılıncları qınına soxun, qullar qılıncdan yox, qamçıdan qorxurlar. Onların üzərinə qamçı ilə gedin.
Sonra mənə dedi ki, yəqin hökumətiniz sənin qazandığın ictimai nüfuzunu sıfırlamaq məqsədilə üstünə qamçı ilə gəlir. Səni aşağılamaq, azadlıq hissini öldürmək, özünü yenidən qul kimi hiss etmək üçün. Hər kəsə də sənin azad vətəndaş yox, qul olduğunu göstərmək istəyir.
Doğrusu, çox utandım. Təkcə ona görə yox ki, məni qula bənzətmişdi. Həm də ona görə ki, mənim dövlətimin öz vətəndaşına qul kimi baxdığı üçün utandım. Özümdən çox, dövlətimin və onun məhkəmə sisteminin əvəzinə utandım.
Heyder Oguz
SİAM.AZ
Tarix: 10-06-2023, 23:28
Xəbəri paylaş





Xəbər lenti