"Bu haradan bilsin övladsız ailələrin nə çəkdiyini..." - deputata ETİRAZ

"Bu haradan bilsin övladsız ailələrin nə çəkdiyini..."
Milli Məclisin deputatı Siyavuş Novruzovun süni mayalanma ilə dünyaya uşaq gətirilməsinə qarşı çıxması böyük rezonansa səbəb olub.

“Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”.

SİAM.AZ bildirir ki, hüquq müdafiəçisi Şəhla İsmayıl Gununsesi.info-ya açıqlamasında deputatı sərt tənqid edib:
“Bu haradan bilsin övladsız ailələrin nə çəkdiyini. Bu haradan bilsin övladı olmayan Ananın fəryadını. Bu haradan bilsin ki, süni mayanalanmanın da uğurlu olması Allahdan verilən paydır. Belələrinə görə bu qədər vacib Qanun düz 15 ildir ki, qəbul olunmur.

Bu məntiqlə, Allah sağlam ürək, böyrək, göz, qulaq verməyibsə, deməli, belə məsləhətdir? Heç nəyi müalicə, əməliyyat etməsin, çünki Allah istəsəydi onları sağlam verərdi?! Bu nə düşüncədir?”.
Tarix: 14-06-2023, 10:35
Xəbəri paylaş





Xəbər lenti