Bizdə hətta qumara da HARAM QATIRLAR - FAKT BUDUR!


Dünən Rusiyaya aid KİV-də belə bir xəbər qısa müddətdə populyarlaşdı: "İki dollara bilet aldı, beş milyon qazandı..."

DİA.AZ-ın məlumatına görə, xəbərdə deyilirdi ki, Moskva sakini "Sportloto "lotereyasında təxminən 500 milyon rubl qazanıb.

Belə ki, yerli "Sportloto" lotereyasının 6709-cu tirajı zamanı "4/20" çox milyonluq super mükafat oynanılıb.

Turun mükafatı 492.070.999 rubl təyin olunub.

İlkin məlumata görə, qalib Moskva regionundan olan iştirakçı olub.

Şirkətdən bildirilib ki, bilet "Stoloto" mobil tətbiqetməsində cəmi 250 rubla alınıb.

P.S. Təbii ki, bizlər o qədər xəyalpərəst deyilik ki, anoloji hadisələrin ölkəmizdə də yaşanıla biləcəyinə inanaq.

Məlumdur ki, Azərbaycanda da lotoreya oynanıklr. Yəni guya ki bu belədir. Və hətta bizdə bu işi adı qardaş Türkiyədə müxtəlif şübhəli olaylarda hallanan bir şirkətə həvalə ediblər. Yəni zatən özümüzün ədalətimiz şübhəli ikən növbəti dürüst olmayan birisinə nə ehtigac var idi?
Nə isə... İndi bu adamlar ölkəmizdə oturub DÖVLƏT ÇƏTİRİ altında onsuz da səfilləşməkdə olan qara camaatın son qəpiyinə də tamah salırlar.
Yəni burası Azərbaycandır. Heç Allahın Rusiyası da deyil... Burda hətta QUMARA DA HARAM QATIRLAR...
//Dia.az//
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 27-08-2023, 08:12
Xəbəri paylaş





Xəbər lenti