Kənd ziyalıları Prezident İlham Əliyevə müraciət etdi



Naxçıvan MR Kəngərli rayonunun Qarabağlar kəndindən olan bir qrup ziyalı mayor Ziya Kazımovun cinayət işi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.
 
Ovqat.com-un məlumatında görə, müraciətdə bildirilir:
 
“Möhtərəm cənab Prezident İlham Əliyev!
 
Ali Baş Komandan kimi şanlı ordumuzun qısa bir müddət ərzində böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsinə nail olduğunuz üçün özümüzü xoşbəxt hiss edirik. Azərbaycan xalqının otuz illik Qarabağ həsrətinə son qoyduğunuz üçün Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Və sevinirik ki, bu qələbənin qazanılmasında kəndimizin yetirməsi mayor Kazımov Ziya Məhəddin oğlunun da payı vardır. O, bu müharibədə həm snayper, həm də xüsusi təyinatlıların komandiri kimi şərəfli bir döyüş yolu keçmişdir. Ziya Cəbrayıl, Hadrut, Füzuli istiqamətlərində gedən ölüm-dirim savaşında öz igidliyi ilə seçilmış, Kənd Horadiz, Nüzgar və digər kəndlər, həmçinin Arazboyu sahələr və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdir. 
 
Xidmət etdiyi 19 il ərzində Ziya Məmmədovun şücaəti, bacarığı dövlətimizin diqqətindən yayınmamış, o, “Fədai”, “Qüsursuz xidmətinə görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” və digər medallar, həmçinin fəxri fərmanlarla təltif olunmuşdur.
 
İş elə gətirir ki, aldığı birinci yara hələ tam sağalmamış, Ziya Kazımov Şuşa uğrunda gedən son döyüşlərdə, qələbənin bir addımlığında ikən, ikinci dəfə düşmən mərmisinə tuş gəlir. Ciddi kəllə-beyin zədəsi alan mayor Kazımov  9 noyabr 2020-ci il tarixdə, ağır vəziyyətdə Bakıya hərbi hospitala təxliyə olunur. Elə həmin gün də gözlənilmədən  2017-ci ildə baş vermiş hansısa hadisəyə görə Ziya Kazımov haqqında cinayət işi açılaraq məsuliyyətə cəlb olunur.
 
Biz Ziya Kazımovun hər hansı bir cinayətdə əli olmasını mümkün hesab etmirik. Ziya Kazımov ziyalı aıləsində dünyaya göz açıb. Atası Kazımov Məhəddin Qənbər oğlu Sizin 17 dekabr 2014-cü il tarixli 931 nömrəli sərəncamınızla 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. 
 
Möhtərəm cənab Prezident!
 
Biz şahidik ki, Siz şəhid ailələrinə, qazilərimizə, əsgər və zabitlərimizə həmişə böyük həssaslıqla, diqqət və qayğı ilə yanaşmısınız.
 
Sizdən xahiş edirik ki, qəhrəmanlığı ilə fəxr etdiyimiz mayor Kazımov Ziya Məhəddin oğlunun barəsində açılan müəmmalı cinayət işinə ədalətlə baxılmasına köməklik edəsiniz.
 
Sizə əvvəlcədən öz dərin minnətdarlığımızı bidiririk.
 
Əzim Hüseynov
Kənd ağsaqqalı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
 
Mir Tofiq Seyidov
Kəngərli rayonunun axundu
 
Əbülfəz Babayev
Texnika elmləri doktoru, Beynəlxalq Mühəndislər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
 
Eldar Novruzov
Biologiya  elmləri doktoru, dosent, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü                               
 
Fuad Sadıqov
Kimya elmləri doktoru, professor
 
Fəxrəddin Gülməmmədov
Pediatr, professor
 
Hüseyn Kazımov
Naxçıvan Dövlət Universitetinin Baş müəllimi
 
Abbas Hacıyev
Filologiya elmləri üzrə fəlsəfə doktoru
 
 
Mənsim Məmmədov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
 
Famil Süleymanov
Azərbaycan Respublikasinin Əməkdar müəllimi
 
Əsgər Qurbanov
2 nömrəli Qarabağlar kənd tam orta məktəbinin direktoru
 
Abbas Bağırov 
Şəhid atası
 
Sabir Qasımov
Şəhid atası
 
Rza Əsgərov 
Şəhid atası
 
Əsgər Tağıyev
Şair
 
Aləm Kəngərli
Yazıçı”



Tarix: 27-08-2023, 08:56
Xəbəri paylaş





Xəbər lenti