Ailə başçısı rüşvət və s. kimi haram yolla pul qazanırsa, ailə üzvləri necə davranmalıdır?..

Ailə başçısı rüşvət və s. kimi haram yolla pul qazanırsa, ailə üzvləri necə davranmalıdır?..
"...Ilk növbədə imkan daxilində ona nəsihət edib bu yoldan çəkindirmək lazımdır. Bunun üçün xoşluqla nəsihət etmək, hətta küsmək və boşanmaqla hədələmək də olar..."
 
İslam dinində ən mühüm günahlardan biri də haram yolla pul qazanmaq və haram yeməkdir. Haram qazanc həm başqalarının haqqına təcavüz olduğu üçün günahdır, həm də insanın həyatında çox mənfi iz qoyur. Belə ki, bir çox mənəvi nöqsanlar, mənfi xüsusiyyətlər haram yeməyin təsirindən əmələ gəlir. Əgər ailə başçısı haram işlə məşğuldursa və gəlirinin müəyyən hissəsini haram yolla əldə edirsə, ilk növbədə imkan daxilində ona nəsihət edib bu yoldan çəkindirmək lazımdır. Bunun üçün xoşluqla nəsihət etmək, hətta küsmək və boşanmaqla hədələmək də olar. Əgər bu üsul fayda verməsə, ailə üzvlərinin kənar qazancı yoxdursa və yalnız ailə başçısının gətirdiyi pula möhtacdırlarsa, bu qazancdan ehtiyac qədərində istifadə etməyin onlara günahı yoxdur. Bu zaman haram gəlirin doğurduğu bəlalardan amanda qalmaq üçün peşmançılıq və tövbə etmələri, ürəkdə bundan narazı qalıb məcburiyyət üzündən etdiklərini bildirmələri lazımdır. Haramın təsirindən uzaq qalmaq niyyəti ilə sədəqə vermək də faydalıdır. Ailə üzvləri imkan daxilində özləri halal ruzi qazanmağa çalışmalıdırlar, gərək şərait imkan verən kimi haram qəlirdən uzaqlaşıb öz halal ruziləri ilə dolansınlar.
 
Mənbə: //islam.az

Tarix: 27-08-2023, 17:55
Xəbəri paylaş





Xəbər lenti