Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı - FOTO


Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
“35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, - o bildirib.
 
Qeyd: Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
 Fotoları təqdim edirik







Tarix: 27-08-2023, 22:58
Xəbəri paylaş





Xəbər lenti