Hacı Salayevlə Fuad Muradov arasında QALMAQAL BÖYÜYÜR – Hüquq-mühafizə orqanları reaksiya verdi

Hacı Salayevlə Fuad Muradov arasında QALMAQAL BÖYÜYÜR –
Eks-deputat Hacı Salayevlə “Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradov arasında qalmaqal böyüyür. Dünən Hacı Salayev Fuad Muradova zəng edərək onu ağır söyüşlərlə təhqir edib. Fuad Muradov bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq onun müraciətinə reaksiya verilib.

Siam.az bildirir ki, bu haqda Musavat.com-a açıqlama verən Fuad Muradov bildirib ki, Daxili İşlər Nazirliyinin 102 Zəng xidmətinə müraciətindən sonra operativ reaksiya verilib.

"Bununla belə, Hacı Salayevin məlum zəngindən sonra da təhdidlər davam etdi. Hacı Salayevin dəstək olduğu idmançılar var, onlar mənə zənglər edib hədələdilər. Bundan başqa, məni maşınlarla təqib edirlər. Bu adamlar, təbii ki, Hacı Salayevin idmançı, qoçu dəstəsidir. Belə addımlar bəzi məmur dəstəsinə aiddir. Hüquq mühafizə orqanına müraciətim üzrə müvafiq addımlar atılacağına və Hacı Salayevlə dəstəsinin cəzalandırılacağına əminəm” - o deyib.

Musavat.com xatırladır ki, Hacı Salayev Fuad Muradova zəng edərək ağır söyüşlər söyüb. Onu da qeyd edək ki, Hacı Salayevin Fuad Muradovun ailəsini, yaxınlarını küçə söyüşləri ilə təhqir edən səs yazısı da sosial mediada paylaşılıb. Fuad Muradov Musavat.com-a deyib ki, Hacı Salayev onu ölümlə hədələyib, buna görə də artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət edib. Onun şikayəti Ağstafa Rayon Polis şöbəsi tərəfindən qeydə alınıb. F.Muradov onu da bildirib ki, Salayevin yaxınları qaba güc vasitəsi ilə ona fiziki planda xəsarət yetirməyi də planlaşdırıblar.
Tarix: 29-08-2023, 23:02
Xəbəri paylaş





Xəbər lenti