MİRMAHMUD AĞANI, doğum günü münasibəti ilə təbrik edir, ruh və cansağlığı, ictimai-siyasi və şəxsi həyatında yeni uğurlar diləyirik...

Mirmahmud Mirəlioğlunun səhhəti necədir?
Təxminən bir il oncə Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu səhhəti ağırlaşdığı üçün şəhər xəstəxanalarından birinə aparılıb. Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, partiya sədri insult keçirib... Bəs görəsən, bu gün – sentyabrın 1-i doğum gününü qeyd edən, 67 yaşını tamamlayan milli azadlıq hərəkatlarının öncüllərindən biri olan Mirmahmud bəyin hazırda səhhəti necədir?..

Siam.az-ın məlumatına görə, istiqlalçı millət vəkili Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Allaha şükür ki, sağlamlığım bərpa olunur, müalicə də davam edir- həkimlərin nəzarətindəyəm. İnşallah, hər şey yaxşı olmalıdır. Yəqin ki, növbəti yoxlamalar da olacaq. Bu bir az uzun sürən bərpadır. Yəni insultun fəsadları böyük olur və uzun çəkir. İnşallah, yaxşı olarıq, Allah bütün xəstələrə şəfa versin...”

Mirmahmud bəyi, doğum günü münasibəti ilə təbrik edir, ruh və cansağlığı, ictimai-siyasi və şəxsi həyatında yeni uğurlar diləyirik...
Tarix: 1-09-2023, 11:31
Xəbəri paylaş





Xəbər lenti