“Orta məktəblərdə təhsilin vəziyyəti bərbaddır” - Ekspert

“Orta məktəblərdə təhsilin vəziyyəti bərbaddır”
"Bu il ali məktəbə daxil olanların təxminən 80%-i hazırlıq kurslarına, repititor yanında imtahana yazırlaşan abituriyentlərdi”.

Siam.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, abituriyentlərin kiçik bir hissəsi əlavə hazlrlığıa getmədən ali məktəbə vəsiqə qazana bilib:

"Burada vəziyyət bir az fərqlidir. Abituriyentlərin böyük əksəriyyəti hazırlıq kurslarında daha yaxşı nəticə əldə edirlər. Nəticə etibarı ilə onlar daha müvafiq pristijni ixtisaslara qəbul olunurlar. Yalnız öz hesablarına hazırlaşan şəxslər isə müvafiq olaraq keçid balları 200-250-dir. İstisna hallarda kimlərsə 400-500 bal nəticə əldə edə bilər. Bu çox az saydadır”.

Elçin Əfəndi bu rəqəmin gələcək üçün xoş vəd etmədiyini vurğulayıb:

"Bu ondan xəbər verir ki, orta məktəblər ali məktəb müəssisələrinə daxil olmaq üçün proqramdan uzaqdırlar. Məktəb təhsili ali təhsil müəssilərinə daxil olmağa kifayət etmir. Məktəb təhsili qəbul proqramı ilə ayaqlaşmır. Məhz, bu səbəbdən də valideynlər və abituriyentlər ali məktəbə daxil olmağın yolunu məktəbdə deyil, kənarda axtarırlar”.
Tarix: 1-09-2023, 18:09
Xəbəri paylaş





Xəbər lenti