"Mingəçevir Təmir-Tikinti 18" MMC Qazinin intiharına səbəb ola bilər -FOTO/VİDEO




Hörmətli oxucular! təqribən iki-üç gündür ki, Elnur Ibrahimov adlı qazimizin özünə intihar etmək qərarına gəlməsi haqda məlumatı hər kəsin diqqətinə çatdırmışdıq. Qazi qardaşımızın intihara cəhd etməməsi üçün onunla danışıqlar apardıq və ona başa salmağa çalışdıq ki, bu heç də düşdüyün vəziyyətdən çıxış yolu deyil. Eyni zamanda bu şəxsin diqqətinə onu da çatdırdıq ki, əgər sən özünə qəsd etsən bil ki, övladların gözüyaşlı qalacaq və bu heç də yaxşı iş olmayacaq.

Daha yaxşı hal odur ki, sən "Mingəçevir Təmir -Tikinti 18" MMC şirkətindən alacağın pulları tələb et, pullarını al və sonra da banka olan borcunu ödə. Əgər verməsələr, biz sənə lazım olan dəstəyi verib aidiyyatı qurumları bu haqda məlumatlandıracağıq. Qazi qardaşımız məsləhətimizə əməl etdi və o, "Mingəçevir Təmir -Tikinti 18" MMC şirkətinin rəhbərliyində çalışan İsrail müəllimlə əlaqə saxladı.

Düzdür, İsrail müəllim borclu olduqlarını, pulun ödəniləcəyi vədini versə də, əldə etdiyimiz məlumatlara görə hələ də Qazinin pulu ödənilməyib. Bu azmış kimi, qarşı tərəf artıq Qazinin telefon zənglərinə də cavab vermir. Qazi qardaşımız çərşənbə axşamı bizə bildirdi ki, sabah saat 09:00-da Xırdalan körpüsündə özünə qəsd edəcək. Düzdür, həmin vaxt biz onu bu yoldan gücbəla ilə çəkindirə bildik. Bu məsələni geniş tərkibdə ictimailəşdirmək lazımdır ki, intiharın qarşısını ala bilək. Qazi Elnur Ibrahimovun telefon nömrəsini də təqdim edirik: 070-288-26-07


   Hörmətli oxucular! diqqətinizə onu da çatdıraq ki, 31 avqust 2023-cü il tarixdə Elnur Ibrahimova məxsus mobil telefonun vothsap nömrəsi ilə, bu şəxsin həyat yoldaşı Arzu xanım redaksiyamıza qeyd etdiyimiz məlumatları çatdırıb. O, məlumatlarda bildirir ki, “Hormətli redaksiya! Sizi narahat edən muharibə veteranı, ehtiyatda olan çavuş Elnur İbrahimovun həyat yoldaşı Arzu xanımdır! Bildirirəm ki, həyat yoldaşım idarə etdiyi nəqliyyat vasitəsilə “Mingəcevir Təmir -Tikinti 18” MMC şirkətində işləyib və muqavilə sənədi əsasında Biləsuvar rayonunda torpaq daşımaqla məşğul olub. Hal-hazırda bu şirkətin ona 21.441 manat məbləğində borcu var və bir aydan çoxdur ki, həmin pulu ona vermirlər. Qeyd edim ki, həyat yoldaşımın muharibə vaxtı aldığı travmalar nəticəsində 4-cu dərəcəli karlıq, yəni nevroloji prablemi var. O, əsəbləşən kimi nitqi itir və bədəninin təqribən 68 faizi işləmir. Bundan əlavə, həyat yoldaşım həm şəkər, həm də  3-cü dərəcəli hipertoniya xəstəsidir. Ürəyində boyumə var və gozlərinin hər ikisi 20 faiz gorur. Bütün bunlara baxmayaraq, iş icraçıları Zaur və İsrayıl adlı şəxslər həmin pulu vermirlər. Banklar bir tərəfdən, borclu olduğumuz şəxslər digər tərəfdən bizə rahatlıq vermirlər. Hətta, bu gün həyat yoldaşımın müalicə işlərini davam etdirmək üçün, lazım olan iynə-dərmanı da ala bilmirik. Elnur üç dəfə intihara cəhd edib, gücbəla ilə qarşısını almışam. Hətta, idarə etdiyi maşından özünə intihar edəcəyi haqda məktub da tapmişam. Həyat yoldaşım Biləsuvarda olarkən iş icraçısı ona deyir ki, “Mingəcevir Təmir -Tikinti 18” MMC şirkəti Bəylər müəllimindir. Sən təkid göstərsən də, nəyəsə nail ola bilməyəcəksən”.


   Bəli, bu bir Qazi qardaşımızın həyat yoldaşının etdiyi fəryaddır. Hğrmətli oxucular, ola bilər ki, günlərin birində heç kimin xəbəri olmadan Elnur İbrahimov özünə qəsd etsin. Yəqin ki, o halda bütün məsuliyyət “Mingəcevir Təmir -Tikinti 18” MMC şirkətinin üzərinə düşəcək və xalq daim bu şirkətin rəhbərliyini qınayıb lənətləməli olacaq. Hələ ki, gec deyil, düşünün və Qazi qardaşımızın problemini həll edin. Sonra gec olar.



GundemXeber.Az

Tarix: 2-09-2023, 22:52
Xəbəri paylaş





Xəbər lenti