Partiya sədrinin məhkəməsi başlayır – Maddəsi ağırlaşdırıldı




Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, sentyabrın 12-nə iş üzrə məhkəmə hazrılıq iclası təyin edilib. İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. 

Ağasi Şakiroğlu Azərbaycan İdman Jurnalsitləri Assosiasiyasının prezidenti Eldar İsmayılov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. O, partiya sədrinin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə mühakimə olunaraq cəzalandırılmasını istəyib. 

İş əvvəlcə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatında olub. 



İndi isə məlum olur ki, Ağasif Şakiroğlu barəsindəki maddə dəyişdirilib. Partiya sədri 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunacaq. 

Xatırladaq ki, Eldar İsmayılov bir neçə media orqanını məhkəməyə verib. Ağasif Şakiroğlunun rəhbərlik etdiyi partiya isə medianı müdafiə edən bəyanat yayıb. 

"Bəyanatda hər hansı təhqir və böhtan elementləri yoxdur. Sadəcə qeyd etmişik ki, mətbuatın məhkəmə işlərinə cəlb edilməsi mediaya qarşı basqıdır, azad sözün boğulmasıdır”, deyə Ağasif Şakiroğlu bildirib.

Tarix: 6-09-2023, 23:07
Xəbəri paylaş





Xəbər lenti