İki İcra Hakimiyyətinin birgə sosial layihəsi



Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad 
olunması uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə 
əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı 
göstərilir.


Tərtər və Naftalan İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə 
reallaşan sosial layihə çərçivəsində Tərtərdən bir qrup şəhid ailəsi və 
qazilər ölkəmizin sağlamlıq turizm mərkəzi sayılan Naftalan şəhərində 
fəaliyyət göstərən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində 
müalicə alır və istirahət edirlər.

İcra başçıları Müstəqim Məmmədov və Vüqar Novruzov Müalicə 
Mərkəzində şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə 
tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı qeyd edilib ki, 
ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi 
uğrunda şəhid olmuş qardaşlarımızın ailələri, Qarabağ müharibəsi əlilləri və 
iştirakçıları, onların övladları, ailə üzvləri daim möhtərəm Prezidentimiz 
cənab İlham Əliyevin, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım 
Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.
 
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə respublika 
prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu sosial 
layihə də ölkə rəhbəri tərəfindən onlara göstərilən qayğının bariz 
nümunəsidir.
Tarix: 9-09-2023, 10:06
Xəbəri paylaş





Xəbər lenti